
Çində ayaqqabı fabrikində yanğın: 28 nəfər ölüb
Fins.az - Çinin Fucien əyalətində yerləşən ayaqqabı fabrikində baş verən güclü yanğın nəticəsində 28 nəfər həyatını itirib.
Çinin Fövqəladə Halların İdarə Edilməsi Nazirliyinin məlumatına görə, Cincian şəhərində yerli vaxtla saat 12:00-da başlayan yanğın bir neçə saat sonra nəzarət altına alınıb. Hadisə yerinə 200-ə yaxın yanğınsöndürən və 35 xüsusi texnika cəlb edilib. Yanğının başvermə səbəbi araşdırılır.