Çin yanvarın 1-dən 883 növ məhsulun idxal rüsumunu azaldacaq

Çin yanvarın 1-dən 883 növ məhsulun idxal rüsumunu azaldacaq

DÜNYA
402

Bakı 23 dekabr Fins.az

Çin hökuməti gələn ilin yanvar ayından başlayaraq 883 növ məhsulun idxal rüsumunu aşağı salacaq.

Bu barədə ÇXR Dövlət Şurası nəzdində fəaliyyət göstərən Gömrük Tarifləri Komitəsi məlumat yayıb.

Dərc olunan siyahıda nadir metallar, tibbi preparatların istehsalı üçün xammal, dərman preparatları, ağac emalı sənayesi məhsulları, detallar, ehtiyat hissələri, avtomobil və aviasiya sənayesi üçün avadanlıqlar yer alıb. Həmçinin siyahıya mobil rabitə baza stansiyaları, peyk, mobil və internet rabitəsi üçün avadanlıqlar, elektron informasiya daşıyıcıları, naviqasiya cihazları daxildir.

Eyni zamanda, bəzi istehlak məhsullarının – videokamera və digər məişət texnikalarının, kişi və qadın geyimlərinin də idxal rüsumları azaldılacaq.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Çin yanvarın 1-dən 883 növ məhsulun idxal rüsumunu azaldacaq — Fins.az — Fins.az