
Çin süni intellekt sahəsinə 255 milyard avro sərmayə yatıracaq
Fins.az - Çin hökuməti növbəti beş il ərzində məlumat emalı mərkəzlərinin tikintisinə təxminən 2 trilyon yuan və ya 255 milyard avro sərmayə yatırmağı planlaşdırır.
Məlumata görə, bu barədə “Bloomberg” nəşri xəbər verib.
Pekin bu investisiyalar vasitəsilə ölkədə süni intellekt sektorunu genişləndirməyi və qlobal texnologiya yarışında ABŞ-ni qabaqlamağı hədəfləyir.
Layihənin Çin iqtisadiyyatında rəqəmsal transformasiyanı sürətləndirəcəyi və yüksək texnologiyalar sahəsində yeni imkanlar yaradacağı bildirilir.