Çin şirkəti Apple -dan 1,4  milyard dollar tələb edir

Çin şirkəti Apple -dan 1,4  milyard dollar tələb edir

DÜNYA
582

Çində səs köməkçisi üçün patent sahibi olan Çinin "Shanghai Zhizhen Network Technology Co." şirkəti "Apple Inc" şirkətini məhkəməyə verib.

Fins.az xəbər verir ki,şirkət patent pozuntusuna görə ABŞ şirkətindən 10 milyard yuan (1.43 milyard dollar) istəyir.

Şanxay Zhizhen Şəbəkə Texnologiyası tərəfindən patentləşdirilən, Xiao-i kimi də tanınan səs köməkçisi, Apple-ın Siri-sinə bənzər texniki bir arxitekturaya sahibdir. Bu ilin iyun ayında Çin Ali Məhkəməsi, patentin Xiao-ya aid olduğuna dair qərar verərək, 2012-ci ildən bəri davam edən məhkəmə proseslərini sonlandırıb.

Xiao-i Bazar ertəsi günü Şanxay məhkəməsində Apple-a qarşı iddia qaldırdığını bildirib.

Siri, Apple şirkətinin iPhone və iPad-lərində istifadə olunur, bu da Xiao-i rəhbərliyi  patent hüquqlarını pozduğunu iddia edir. 

"Çin şirkəti Apple-dan patent hüququnu pozan texnologiyadan istifadə edən məhsulların satışını, istehsalını və istifadəsini dayandırmağı xahiş edir. Xiao-i məhkəmədə qalib gələrsə, Apple Çində bir çox məhsulunun satışına qoyulan qadağa ilə üzləşə bilər"-seyə  The Wall Street Journal yazır.

Qeyd edək ki, Çin, Apple'ın satışlarına görə ABŞ-dan sonra ikinci ən böyük bazardır

Müəllif:Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Çin şirkəti Apple -dan 1,4  milyard dollar tələb edir — Fins.az — Fins.az