
Çin Mərkəzi Bankı faiz dərəcəsini dəyişməyib
Çin Mərkəzi Bankı bir illik Ortamüddətli Kredit Mexanizmi (MLF) faiz dərəcəsini dəyişməz saxlayıb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, faiz dərəcəsi bazar gözləntilərinə uyğun olaraq 2,75 % səviyyəsində saxlanılıb.
Mərkəzi Bank bu ay 100 milyard yuan MLF əvəzinə 125 milyard yuan kredit verməklə bank sisteminə 25 milyard yuan verib.
Zəminə Hüseyn
Fins.az