Çin may ayında neft idxalını əksər tədarükçülər üzrə azaldıb

Çin may ayında neft idxalını əksər tədarükçülər üzrə azaldıb

DÜNYA
172

Fins.az - Çin may ayında neft idxalını demək olar ki, bütün əsas tədarükçülər üzrə azaldıb. Bu, ölkənin ümumi neft idxalının son səkkiz ilin ən aşağı səviyyəsinə enməsi fonunda baş verib.

Çinin ən böyük neft tədarükçüsü olan Rusiyadan idxal da azalıb. Məlumata görə, may ayında Rusiyadan gündə orta hesabla 1,92 milyon barel neft tədarük edilib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz, aprel ayı ilə müqayisədə isə 12 faiz azdır.

Ümumilikdə Çin may ayında Rusiyadan 8,16 milyon ton neft alıb və bunun dəyəri təxminən 5,96 milyard ABŞ dolları təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Çin may ayında neft idxalını əksər tədarükçülər üzrə azaldıb — Fins.az — Fins.az