Çin aviaşirkətləri daxili reyslər üzrə yanacaq rüsumunu azaldır

Çin aviaşirkətləri daxili reyslər üzrə yanacaq rüsumunu azaldır

DÜNYA
139

Fins.az - Çinin aparıcı aviaşirkətləri iyunun 5-dən etibarən daxili uçuşlar üzrə yanacaq rüsumunu azaltmağa qərar veriblər.

Yeni tariflərə əsasən, uzunluğu 800 kilometrədək olan marşrutlarda yanacaq rüsumu 10 yuan azaldılaraq 80 yuana endiriləcək.

800 kilometrdən artıq məsafəli reyslərdə isə rüsum 20 yuan azaldılaraq 150 yuan təşkil edəcək.

Körpə sərnişinlər bu ödənişdən tam azad olunacaq. Uşaqlar və bəzi digər sərnişin kateqoriyaları üçün isə 50 faiz güzəşt tətbiq ediləcək.

Xatırladaq ki, Yaxın Şərqdəki hərbi münaqişə fonunda aviasiya yanacağının bahalaşması səbəbindən aprel ayında yanacaq rüsumları kəskin artırılmış, may ayında isə yenidən yüksəldilmişdi. İndi isə yanacaq qiymətlərindəki dəyişikliklər nəzərə alınaraq rüsumların azaldılması qərarı qəbul edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Çin aviaşirkətləri daxili reyslər üzrə yanacaq rüsumunu azaldır — Fins.az — Fins.az