
Changan Rusiyada satışa çıxaracağı Deepal S07 barədə yeni detalları açıqlayıb
Fins.az - Çinin Changan şirkəti Rusiya bazarında satışa çıxarmağa hazırlaşdığı Deepal S07 hibrid krossoverinin texniki xüsusiyyətləri və avadanlıq siyahısı barədə yeni məlumatlar təqdim edib.
Şirkətin açıqlamasına görə, model Rusiya bazarında yalnız Techno komplektasiyasında satışa çıxarılacaq. Avtomobilin qiyməti isə daha sonra elan ediləcək.
Deepal S07-nin eksteryeri Changan-ın İtaliyanın Turin şəhərində yerləşən Avropa dizayn mərkəzində, baş dizayner Bertran Baxın rəhbərliyi altında hazırlanıb.
Qeyd edək ki, Deepal markası 2026-cı ildə rəsmi olaraq Rusiya bazarına daxil olub və S07 bu bazarda təqdim ediləcək ilk hibrid krossoverlərdən biri olacaq.