Çexiya rəsmisi Tayvana səfər etdiyinə görə yüksək məbləğ ödəyəcək - Çin Xarici İşlər Naziri

Çexiya rəsmisi Tayvana səfər etdiyinə görə yüksək məbləğ ödəyəcək - Çin Xarici İşlər Naziri

DÜNYA
517

Çin Xarici İşlər Naziri Wang Yi, Çexiya Senatının sədri Milos Vystrçilin Tayvana rəsmi səfəri üçün "yüksək məbləğ ödəyəcəyini" deyib.

Wang Yi, "Düşüncəsiz davranışı və siyasi fürsətçiliyinə görə onu ağır bir əvəz ödəməyə məcbur edəcəyik" deyib

"Bir Çin" prinsipinə meydan oxumaq, "özünüzü 1,4 milyard xalqın düşməninə çevirmək" deməkdir.

O əlavə edib ki, Çin hökuməti və xalqı Çexiya Senatının sədri və arxasındakı Çin əleyhinə qüvvələr tərəfindən belə bir "açıq təxribata" dözməyəcəklər.

Qeyd edək ki, Shotchil bazar günü Taipeiyə səfər edib. Səfərinin Tayvanla işgüzar əlaqələrin inkişafına kömək edəcəyini və Çex Respublikasının Pekinin etirazları ilə qarşılaşmayacağını deyib

Müəllif:Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Çexiya rəsmisi Tayvana səfər etdiyinə görə yüksək məbləğ ödəyəcək - Çin Xarici İşlər Naziri — Fins.az — Fins.az