Cənubi Koreyada “Yoxsulların xəritəsi” geniş yayılır

Cənubi Koreyada “Yoxsulların xəritəsi” geniş yayılır

DÜNYA
278

Fins.az - Cənubi Koreyada ucuz ictimai iaşə obyektlərini göstərən “Yoxsulların xəritəsi” adlı onlayn resurs getdikcə daha çox istifadə olunur. Bu tendensiya ölkədə inflyasiya və ərzaq qiymətlərinin artması ilə bağlıdır.

Məlumata görə, xüsusilə Seulda restoran qiymətləri ciddi şəkildə yüksəlib və bir porsiya yeməyin qiyməti təxminən 20 min vona (13,2 dollar) çatıb. Bu isə tələbələr və aşağı gəlirli əhali üçün əlavə maliyyə yükü yaradır.

Bununla belə, bəzi ucuz iaşə obyektlərində daha sərfəli qiymətlər qalmaqdadır. Məsələn, şnitsel 4000 vona, pasta isə 3900 vona civarında təklif olunur. Lakin belə məkanları tapmaq çətin olduğundan, “Yoxsulların xəritəsi” istifadəçilər üçün praktik həllə çevrilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Cənubi Koreyada “Yoxsulların xəritəsi” geniş yayılır — Fins.az — Fins.az