
Cennaro Qattuzo İtaliya millisindən ayrılıb
Fins.az - İtaliya milli komandasının baş məşqçisi Cennaro Qattuzo vəzifəsindən istefa verib. Bu qərar, komandanın dünya çempionatına vəsiqə qazana bilməməsi ilə bağlıdır.
48 yaşlı mütəxəssis ötən ilin yayından milli komandaya rəhbərlik edirdi. Hazırda yığmanın baş məşqçi postuna əsas namizədlər “Napoli”nin baş məşqçisi Antonio Konte və “Milan”ı çalışdıran Massimiliano Alleqridir.