
CBS: Tramp rəsmilərə İranla danışıqları davam etdirməyi tapşırıb
Fins.az - ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Vens, xüsusi elçi Stiv Vitkoff, dövlət katibi Marko Rubio və digər yüksəkvəzifəli rəsmilərə İranla danışıqları davam etdirmək tapşırığı verib.
Məlumata görə, növbəti danışıqların şənbə günü Omanda keçirilməsi planlaşdırılır. Lakin ABŞ nümayəndələrinin görüşdə birbaşa iştirak edib-etməyəcəyi hələlik dəqiqləşdirilməyib.
Bu barədə CBS telekanalı ABŞ rəsmisinə istinadən məlumat yayıb.