
Cavad Zərif: ABŞ-ın BMT-dən İrana qarşı sanksiyaların qaytarılmasını tələb etməyə haqqı yoxdur
İranın xarici işlər naziri Cavad Zərif bildirib ki, ABŞ-ın Tehrana qarşı BMT Təhlükəsizlik Şurasının sanksiyalarının qaytarılmasını tələb etməyə haqqı yoxdur.
Fins.az xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayımlayıb
Məlumata görə, xarici işlər naziri bildirib ki, ABŞ indi bu mexanizmi istifadə etmək üçün JCPOA üzvü deyil
Zərifin sözlərinə görə, ABŞ 2018-ci ildə İran və "altılıq" beynəlxalq vasitəçilər arasındakı nüvə sazişindən çıxarkən bu cür tələbləri irəli sürmək hüququnu itirib.
Qeyd edək ki, ABŞ Dövlət Katibi Mayk Pompeo, BMT Təhlükəsizlik Şurasına Vaşinqtonun Tehrana qarşı BMT sanksiyalarını bərpa etmək təşəbbüsü barədə rəsmi məlumat verib.Pompeonun hazırda BMT Təhlükəsizlik Şurasına sədrlik edən İndoneziya nümayəndəsi Dian Janiyə verdiyi mesaj, xüsusilə İranın nüvə sazişi ilə əlaqədar öhdəliklərini yerinə yetirmədiyini deyib.
Müəllif:Aynur Qəniyeva