Carlsberg Çernoqalovka ilə Rusiyadakı aktivlərin satışı ilə bağlı danışıqlar aparır

Carlsberg Çernoqalovka ilə Rusiyadakı aktivlərin satışı ilə bağlı danışıqlar aparır

DÜNYA
2,148

Danimarkanın “Carlsberg Group” pivə korporasiyası “Çernoqolovka” şirkətlər qrupu və İsrailin CBC qrupu ilə şirkətin satışa çıxarmaq qərarına gəldiyi Rusiya biznesi ilə bağlı danışıqlar aparır.

"Fins.az"xəbər verir ki,bu barədə çərşənbə günü Danimarkanın "Berlingske" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Rusiyanın qazlı içkilər istehsalçısı “Çernoqolovka” şirkəti səkkiz iri pivə zavodunda 8 mindən çox işçinin çalışdığı “Carlsberg Group”un törəmə şirkəti olan “Baltika”nı almaqda maraqlı olduğunu bildirib.

İkinci maraqlı tərəf Carlsberg-in 2008-ci ildə İsrail Beer Breweries-də payını satdığı və 1968-ci ildən İsraildə Coca-Cola satmaq üçün lisenziyaya malik olan İsrail şirkəti CBC Group-dur.

Nəşr mümkün sövdələşmənin əlavə təfərrüatlarını təqdim etmir. Bütün şirkətlər bu məlumatı qəzetə şərh etməyiblər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Carlsberg Çernoqalovka ilə Rusiyadakı aktivlərin satışı ilə bağlı danışıqlar aparır — Fins.az — Fins.az