
BYD Seagull-un ikinci nəsli təqdimata hazırlaşır
Fins.az - Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin məlumat bazasında BYD Seagull elektrik hetçbekinin ikinci nəsli ilə bağlı ilk məlumatlar ortaya çıxıb.
Yeni model əvvəlki nəsillə müqayisədə daha iri ölçülərə və daha güclü elektrik mühərrikinə sahib olacaq. Bununla yanaşı, avtomobil özünəməxsus dizayn xüsusiyyətlərini qoruyub saxlayacaq.
İlk dəfə 2023-cü ildə təqdim edilən BYD Seagull şirkətin ən əlçatan elektromobili kimi qısa müddətdə böyük uğur qazanıb. Ötən ilin yayında modelin ümumi istehsal həcmi 1 milyon ədədə çatmışdı. Hazırda isə istehsal olunan avtomobillərin sayı 1,5 milyona yaxınlaşır.