BVF: Korona böhranı Avropa ölkələrinə zərbəsi

BVF: Korona böhranı Avropa ölkələrinə zərbəsi

DÜNYA
465

"Yeni növ koronavirus (COVID-19) pandemiyası bir neçə Avropa ölkəsinin üçillik iqtisadi tərəqqisini heçə endirəcək", deyə Beynəlxalq Valyuta Fondunun (BVF) baş direktoru Kristalina Georgiyeva deyib. 

O bildirib ki, pandemiya səbəbindən ən ağır zərbəni Mərkəzi, Şərqi və Cənub-Şərqi Avropa ölkələri görəcəkdir və sözügedən regionlarda cari ildə iqtisadi geriləmə ortalama 5.5% təşkil edəcəkdir. 

Georgiyeva qeyd edib ki, hazırda vəziyyəti yaxşılaşdırmaq üçün hədəflənmiş infrastruktura yönəlmiş investisiyalar prioritet olmalıdır. Bunun sayəsində qısamüddətli perspektivdə iş yerləri yaranacaq, uzunmüddətli perspektivdə isə iqtisadiyyatların qarşılıqlı əlaqəsi yaxşılaşdırılacaq və məhsuldarlıq artacaq. 

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
BVF: Korona böhranı Avropa ölkələrinə zərbəsi — Fins.az — Fins.az