Bundesliqa tarixində ilk: “Union Berlin”ə qadın baş məşqçi təyin olundu

Bundesliqa tarixində ilk: “Union Berlin”ə qadın baş məşqçi təyin olundu

DÜNYA
299

Fins.az - Almaniyanın “Union Berlin” futbol klubunda baş məşqçi dəyişikliyi baş verib. Bundesliqanın 29-cu turunda “Haydenhaym”a 1:3 hesabı ilə məğlubiyyətdən sonra Steffen Baumqart vəzifəsindən azad edilib.

Onun yerinə Mari-Luiza Eta təyin olunub. Bununla da o, Bundesliqa tarixində baş məşqçi vəzifəsinə gətirilən ilk qadın mütəxəssis kimi tarixə düşüb.

Klub rəhbərliyi son 14 oyunda cəmi 2 qələbə qazanan komandanın əsas məqsədinin elitada qalmaq olduğunu bildirib.

34 yaşlı Eta futbolçu kimi “Turbine Potsdam” klubunda çıxış edib, Almaniya çempionu və UEFA Çempionlar Liqasının qalibi olub. O, həmçinin Almaniyanın müxtəlif yaş qruplarından ibarət milli komandalarında məşqçi kimi çalışıb və 2023-cü ildən “Union Berlin”də köməkçi məşqçi idi.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bundesliqa tarixində ilk: “Union Berlin”ə qadın baş məşqçi təyin olundu — Fins.az — Fins.az