
“Bugatti” şirkəti xüsusi sifarişlə hazırlanan W16 Mistral Le Retour du Jeune Prince modelini təqdim edib
Fins.az - “Bugatti” şirkəti xüsusi sifariş əsasında hazırlanan növbəti eksklüziv superavtomobilini təqdim edib.
W16 Mistral Le Retour du Jeune Prince adlanan rodster şirkətin fərdi sifarişlər üzrə həyata keçirdiyi proqram çərçivəsində hazırlanıb.
Avtomobil argentinalı yazıçı və sahibkar Alexandro Gilermo Römmers üçün hazırlanıb.
Model yazıçının “Gənc Şahzadənin Qayıdışı” adlı əsərinə həsr olunub. Həmin əsər dünya ədəbiyyatının məşhur nümunələrindən olan “Balaca Şahzadə” nağılının davamı hesab edilir.