
Buenos-Ayresdə stadionlarda konfeti atmaq qadağan edildi
Fins.az - Buenos Aires şəhərində stadionlarda konfeti atmaq ənənəsi rəsmi şəkildə qadağan olunub.
Qərar River Plate ilə Boca Juniors arasında keçirilən oyunda tribunada baş verən yanğından sonra qəbul edilib. Hadisə zamanı azarkeşlər xəsarət almasa da, bir neçə oturacaq yanıb və yanğının söndürülməsi üçün xilasedicilər müdaxilə edib.
Şəhər rəhbərliyi belə kütləvi tədbirlərdə konfeti istifadəsinin təhlükə yarada biləcəyini əsas gətirərək bu addımı atıb.
Qeyd edək ki, stadionlarda konfeti atmaq ənənəsi FIFA World Cup 1978 dövründən Argentinada geniş yayılmışdı.