Bu milyarder Yaponiyaya 6 milyard dollar sərmaye qoyub

Bu milyarder Yaponiyaya 6 milyard dollar sərmaye qoyub

DÜNYA
898

Məşhur investor Warren Buffett-in Berkshire Hathaway şirkəti Yaponiyanın ən böyük ticarət şirkətlərində 6 milyard dollarlıq  paya sahibdir.

Fins.az xəbər verir ki,milyarder investor Warren Buffett əmtəə sənayesindəki mövqeyini artıraraq Yaponiyada ən böyük alış-verişlərindən birini edib.

Buffett-in Berkshire Hathaway  şirkəti Yaponiyanın beş ən böyük ticarət şirkətini satın alır.

Berkshire-in verdiyi açıqlamaya görə şirkət Itochu Corp., Marubeni Corp., Mitsubishi Corp., Mitsui Corp. və son 12 ayda Sumimoto Corp.-un 5%-ni əldə edib.

Bazar ertəsi günü Tokio əməliyyatlarında beş şirkətin 5%-dən çox payını aldıqdan sonra  Berkshire-ın sərmayəsi 6 milyard dolları keçib. Sözügedən xəbər  ilə Yaponiyada Topix indeksi 1,9% artıb.

Müəllif:Aynur Qəniyeva

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bu milyarder Yaponiyaya 6 milyard dollar sərmaye qoyub — Fins.az — Fins.az