Brüsseldə Aİ liderlərinin Sammiti keçirilir

Brüsseldə Aİ liderlərinin Sammiti keçirilir

DÜNYA
298

Fins.az - Brüsseldə Avropa İttifaqı üzv ölkələrinin liderlərinin Sammiti keçirilir və martın 20-dək davam edəcək. Zirvə görüşündə Yaxın Şərqdə hərbi gərginliyin artması və İrandakı vəziyyət müzakirə olunur, xüsusilə enerji qiymətləri və enerji təhlükəsizliyi məsələləri diqqət mərkəzindədir. Sammitdə həmçinin Aİ-nin strateji rəqabət qabiliyyəti, növbəti çoxillik maliyyə çərçivəsi, təhlükəsizlik və müdafiə, eləcə də miqrasiya məsələləri gündəlikdədir. BMT-nin Baş katibi Antonio Quterreş çoxtərəfli əməkdaşlığın qorunması və Aİ ilə tərəfdaşların birgə fəaliyyət imkanlarını müzakirə etmək üçün tədbirdə iştirak edir. Gündəlikdə birinci mövzu İran və regiondakı vəziyyət, geosiyasi və iqtisadi nəticələr, enerji təhlükəsizliyi, Aİ vətəndaşlarının və şirkətlərinin qorunması, gərginliyin azaldılması və regionda sabitliyin artırılmasıdır. Livan, Qəzza və İordan çayının qərb sahilindəki vəziyyət də müzakirə olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Brüsseldə Aİ liderlərinin Sammiti keçirilir — Fins.az — Fins.az