
Britaniyada yeni Ebola peyvəndinin klinik sınaqlarına başlanılır
Fins.az - Böyük Britaniyada rekord müddətdə hazırlanmış yeni Ebola peyvəndinin insanlar üzərində klinik sınaqlarına başlanılacaq.
Ölkənin dərman vasitələrini tənzimləyən qurumu sınaqların keçirilməsi üçün müvafiq icazə verib. Məlumata görə, peyvənd cəmi səkkiz həftə ərzində hazırlanıb.
Oksford Universitetinin alimləri peyvənd üzərində işi 17 mayda ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edildikdən sonra başlayıblar. Hazırda hazırlanan dörd peyvənd namizədindən klinik sınaq mərhələsinə çatan ilk preparat məhz bu vaksindir.