
Britaniya şirkətlərinin əcnəbilərə satılması şərtləri sərtləşdirildi
Böyük Britaniya hökuməti koronavirusa qarşı mübarizə baxımından mühüm əhəmiyyət kəsb edən şirkətlərin əcnəbilərə satılması qaydalarına dəyişiklik edib.
Fins.az xəbər verir ki, bu barədə ölkənin sahibkarlıq, enerji və sənaye strategiyası nazir Alok Şarma məlumat verib.
Koronavirusa görə şirkətlərin üzləşdikləri maliyyə çətinlikləri üzündən əcnəbilərə satılmasına nazirlik müdaxilə edə biləcək.
Məqsəd həmin şirkətlərin “milli mənafe baxımından dost olmayan” ölkələri təmsil edən şirkətlərə satılmasının qarşısını almaqdır.