
Britaniya La-Manş boğazında Rusiyaya məxsus tanker saxlayıb
Fins.az - Böyük Britaniya silahlı qüvvələri La-Manş boğazında Rusiyanın “kölgə donanması”na aid olduğu bildirilən neft tankerini saxlayıb.
La-Manş boğazında həyata keçirilən əməliyyat təxminən 6 saat davam edib. Əməliyyata Kral Dəniz Piyadalarının xüsusi bölmələri, Milli Cinayət Agentliyinin əməkdaşları və Kral Hərbi Hava Qüvvələri (RAF) cəlb olunub.
Qeyd olunur ki, əməliyyatın məqsədi beynəlxalq sanksiyalara uyğun olaraq nəzarət tədbirlərinin gücləndirilməsi olub.