
Britaniya banknotlarında insanların şəkillərini flora və fauna əvəz edəcək
Fins.az - Böyük Britaniyada yeni seriya banknotlarda tanınmış şəxslərin şəkilləri əvəzinə ölkənin flora və faunasını əks etdirən təsvirlər yerləşdiriləcək. Bu barədə İngiltərə Bankı məlumat yayıb.
Qərar 2025-ci ildə keçirilmiş ictimai məsləhətləşmələrin nəticələrinə əsasən qəbul olunub.
Tənzimləyicinin bildirdiyinə görə, ötənilki müzakirələr zamanı təbiət mövzusu ən çox təklif alan istiqamət olub və fokus qruplarında da geniş dəstək qazanıb.
Mərkəzi Bank həmçinin hesab edir ki, canlı təbiətin təsvirləri müdafiə elementlərinin hazırlanması üçün daha effektivdir, çünki insanlar belə banknotları daha asan tanıyıb fərqləndirə bilirlər.