
Braziliya Haiti üzərində inamlı qələbə qazanıb
Fins.az - Braziliya millisinin futbolçuları dünya çempionatının qrup mərhələsinin ikinci turunda Haiti yığmasını 3:0 hesabı ilə məğlub ediblər.
Filadelfiyada keçirilən qarşılaşmada qolları Mateus Kunya (23 və 36-cı dəqiqələr) və Vinisius Junior (45+3-cü dəqiqə) vurublar.
C qrupunun digər oyununda isə Şotlandiya millisi Mərakeş yığmasına 0:1 hesabı ilə uduzub.
Foksboroda baş tutan görüşdə yeganə qolu 2-ci dəqiqədə İsmail Saybari vurub.