
BP birinci rübdə SOCAR-a 1 milyard kubmetr səmt qazı ötürüb
Fins.az - 2026-cı ilin birinci rübündə BP Azerbaijan tərəfindən SOCAR-a 1 milyard kubmetr səmt qazı ötürülüb.
Bu qaz Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokundan hasil edilib. Qazın əsas hissəsi Səngəçal terminalı vasitəsilə, həmçinin “Neft Daşları”ndakı qurğular üzərindən ötürülüb.
Hesabat dövründə gündəlik orta ötürmə həcmi təxminən 12 milyon kubmetr təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin eyni dövründə SOCAR-a 0,9 milyard kubmetr qaz verilmişdi. Beləliklə, 2026-cı ilin birinci rübündə ötürülən qazın həcmi 11,1 faiz artıb.
Ümumilikdə, 2025-ci il ərzində BP tərəfindən SOCAR-a AÇG blokundan 2,7 milyard kubmetr səmt qazı təqdim olunub.