Böyük Britaniyada ticarət saldosunda kəsir artıb

Böyük Britaniyada ticarət saldosunda kəsir artıb

DÜNYA
317

Böyük Britaniyanın Milli Statistika İdarəsinin verdiyi məlumata əsasən, ölkədə sənaye sektorunda istehsalın həcmi dekabr ayı ilə müqayisədə yanvar ayında 0.2% azalıb.

Fins.az xəbər verir ki, analitiklər sənaye sektorunda istehsalın həcminin dəyişməyəcəyini proqnozlaşdırmışdılar.

İllik ifadədə göstəricinin 0.7% artacağı proqnoz olunsa da, 0.6%-lik artım olub.

Həmçinin Böyük Britaniyanın emal sənayesi sektorunda istehsalın həcmi yanvar ayında aylıq ifadədə dəyişməyib, illik ifadədə isə 2% artıb.

Eləcə də, Böyük Britaniyanın ticarət saldosunun kəsiri yanvar ayında 13.99 milyard funt-sterlinqdən 14.52 milyard funt-sterlinqə qədər artıb. Analitiklər göstəricinin -14.90 milyard funt-sterlinq təşkil edəcəyini ehtimal edirdilər.
 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Böyük Britaniyada ticarət saldosunda kəsir artıb — Fins.az — Fins.az