
Böyük Britaniyada siqaretə dair sərt yaş məhdudiyyətləri tətbiq olunur
Fins.az - Böyük Britaniyada siqaret və nikotin məhsulları ilə bağlı yeni və daha sərt qaydalar qəbul edilib.
Parlament tərəfindən təsdiqlənən “Tütün və veypinq haqqında” qanun layihəsinə əsasən, 18 yaşdan aşağı şəxslərin siqaret alması tam qadağan olunur.
Yeni qaydalara görə, tütün məhsullarının alınması üçün minimal yaş həddi hər il bir yaş artırılacaq. Bu dəyişiklik 2009-cu il yanvarın 1-dən sonra doğulanlara şamil ediləcək və nəticədə həmin nəsil üçün siqaretə ömürlük məhdudiyyət tətbiq olunacaq.
Qanun həmçinin veyp və nikotin məhsullarına nəzarəti də gücləndirir. 18 yaşdan aşağı şəxslərə bu məhsulların satışı qadağan edilir, eyni zamanda reklam, pulsuz paylama və endirimli satış kimi təşviqat üsulları da məhdudlaşdırılır.