Böyük Britaniya sanksiyaları ləğv etdi

Böyük Britaniya sanksiyaları ləğv etdi

DÜNYA
274

Finss.az xəbər verir ki, Böyük Britaniya Maliyyə Nazirliyinin açıqlamasına əsasən, Rosneft-in iştirak etdiyi Misirdəki Zöhr qaz layihəsi Böyük Britaniya sanksiyalarından azad edilib.

Qeyd edək ki, əvvəlki dövrdə Azərbaycan və Qazaxıstanda LUKOIL və Rosneft-in iştirak etdiyi beynəlxalq layihələr, o cümlədən CPC (Xəzər Boru Kəməri Konsorsiumu), TengizChevroil, Şahdəniz, Cənubi Qafqaz Qaz Boru Kəməri, Azərbaycan Qaz Təchizatı Şirkəti və Karaçaqanak layihələri 14 oktyabr 2027-ci ilə qədər Böyük Britaniyanın sanksiyalarından azad edilmişdi.

Bu qərar, beynəlxalq enerji layihələrinin fəaliyyətinə təsir etmədən davam etməsini təmin etməklə, regionda enerji təhlükəsizliyi və investisiya şəraitinin qorunmasına xidmət edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Böyük Britaniya sanksiyaları ləğv etdi — Fins.az — Fins.az