
Böyük Britaniya Ruanda ilə bağlı arbitraj məhkəməsində qalib gəlib
Fins.az - Böyük Britaniya hökuməti Ruanda ilə bağlanmış və sonradan ləğv edilmiş sığınacaq sazişi ilə bağlı beynəlxalq arbitraj məhkəməsində qalib gəlib.
Qərara əsasən, London Ruandaya əlavə milyonlarla funt sterlinq ödəməli olmayacaq.
Ruanda tərəfi Böyük Britaniyanı sazişin şərtlərini pozmaqda ittiham edərək 100 milyon funt sterlinqdən artıq məbləğdə kompensasiya tələb etmişdi.
Sazişə görə, qanunsuz yollarla Böyük Britaniyaya gələn sığınacaq axtaran şəxslər Ruandaya göndərilməli, onların müraciətləri həmin ölkədə araşdırılmalı idi. Qaçqın statusu alan şəxslərin isə Ruandada qalması nəzərdə tutulurdu.