
Bolqarıstan iqtisadi artımda Yunanıstanı üstələyə bilər
Fins.az - Bolqarıstan yaxın illərdə iqtisadi göstəricilər üzrə ciddi artım nümayiş etdirərək 2030-cu ilə qədər adambaşına düşən ÜDM-ə görə Yunanıstanı geridə qoya bilər.
Məlumata görə, ölkədə adambaşına düşən ümumi daxili məhsulun növbəti dörd il ərzində 10 min avrodan çox artacağı proqnozlaşdırılır. Bu dinamika Bolqarıstanın Avropa İttifaqı daxilində iqtisadi yaxınlaşma prosesini sürətləndirən əsas amillərdən biri kimi qiymətləndirilir.
Son illərdə Bolqarıstan iqtisadiyyatı davamlı artım nümayiş etdirir və Aİ üzrə orta göstəricilərə getdikcə yaxınlaşır. Statistik göstəricilər ölkənin son iki onillikdə regionun ən sürətlə inkişaf edən iqtisadiyyatlarından biri olduğunu göstərir.