BMT ekstremal hava hadisələrinin arta biləcəyi barədə xəbərdarlıq edib

BMT ekstremal hava hadisələrinin arta biləcəyi barədə xəbərdarlıq edib

DÜNYA
352

Fins.az - BMT-nin Ümumdünya Meteorologiya Təşkilatı yaxın aylarda ekstremal hava hadisələri və təbii fəlakət riskinin arta biləcəyi barədə xəbərdarlıq edib.

Məlumata görə, bu vəziyyət “El-Ninyo” iqlim hadisəsinin təsiri ilə əlaqədardır.

“El-Ninyo” zamanı Sakit okeanın səth suları normadan daha çox istiləşir. Bu proses qlobal miqyasda küləklərin istiqamətinə, atmosfer təzyiqinə və yağıntıların paylanmasına təsir göstərir.

Mütəxəssislər bildirirlər ki, nəticədə bəzi bölgələrdə güclü yağışlar və daşqınlar, digər ərazilərdə isə quraqlıq və isti hava dalğaları müşahidə oluna bilər.

Təşkilat ölkələri mümkün risklərə qarşı hazırlıqlı olmağa və hava şəraiti ilə bağlı xəbərdarlıqları diqqətlə izləməyə çağırıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
BMT ekstremal hava hadisələrinin arta biləcəyi barədə xəbərdarlıq edib — Fins.az — Fins.az