
BƏƏ uzaqmənzilli sanitar aviasiya xidməti istifadəyə verib
Fins.az - Birləşmiş Ərəb Əmirlikləridə ağır vəziyyətdə olan pasiyentlərin beynəlxalq daşınması üçün yeni uzaqmənzilli sanitar aviasiya xidməti istifadəyə verilib.
Layihə Response Plus Medical tərəfindən həyata keçirilib və “ICATT Response Plus” adlı qlobal tibbi evakuasiya sistemini əhatə edir.
Yeni xidmət sayəsində xəstələrin BƏƏdən Avropa, Asiya və digər regionlara birbaşa reanimasiya təyyarələri ilə daşınması mümkün olacaq.
Bu məqsədlə istifadəyə verilən xüsusi təyyarənin uçuş məsafəsi 7400 kilometr təşkil edir və “çarpayıdan çarpayıya” prinsipi ilə tam tibbi nəzarət altında daşınma imkanı yaradır.
Yeni sistemin beynəlxalq tibbi evakuasiya xidmətləri sahəsində regionun imkanlarını genişləndirəcəyi gözlənilir.