BƏƏ-də rus turistlərin iyunda geri qayıdacağı gözlənilir

BƏƏ-də rus turistlərin iyunda geri qayıdacağı gözlənilir

DÜNYA
280

Fins.az - Birləşmiş Ərəb Əmirliklərinin Ras əl-Xeymə əmirliyində rus turistlərin məhdudiyyətlərin aradan qaldırılmasından sonra ilk geri qayıdan xarici ziyarətçilər olacağı gözlənilir.

Əmirliyin turizmin inkişafı departamentinin vitse-prezidenti İyad Rasbey bildirib ki, məhdudiyyətlərin iyun ayında ləğv olunacağı ehtimal edilir və bu, turizm axınının bərpasına təkan verəcək.

Onun sözlərinə görə, BƏƏ-nin milli aviadaşıyıcıları, o cümlədən Rusiyadan olan reyslər demək olar ki, tam bərpa olunub. Mayın 1-dən etibarən uçuşların sayının daha da artacağı gözlənilir. “Aeroflot” isə iyunun 1-dən reyslərin bərpasını planlaşdırır.

Qeyd olunub ki, 2025-ci ildə Ras əl-Xeyməni 1,35 milyon xarici turist ziyarət edib. Onlardan 220 min nəfəri Rusiya vətəndaşı olub və bu ölkə əmirlik üçün əsas xarici turizm bazarı hesab olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
BƏƏ-də rus turistlərin iyunda geri qayıdacağı gözlənilir — Fins.az — Fins.az