BƏƏ otelləri aşağı doluluq səbəbindən qiymətləri kəskin endirir

BƏƏ otelləri aşağı doluluq səbəbindən qiymətləri kəskin endirir

DÜNYA
347

Fins.az - Birləşmiş Ərəb Əmirliklərində lüks otellər aşağı doluluq səviyyəsi fonunda qiymətləri əhəmiyyətli dərəcədə endirməyə başlayıb.

Adətən mart ayı region üçün yüksək turizm mövsümü hesab olunsa da, mövcud geosiyasi vəziyyət səbəbindən turist axını azalıb. Buna baxmayaraq, Dubaydakı otellər fəaliyyətlərini davam etdirir və müştəri cəlb etmək üçün qiymətləri aşağı salır, eyni zamanda əlavə endirimlər və xüsusi təkliflər təqdim edirlər.

Nəticədə bəzi hallarda qiymətlər adi mart tarifləri ilə müqayisədə 70-80 faizədək ucuzlaşıb. Halbuki yüksək mövsümdə bəzi lüks otellərdə bir gecəlik qalma qiyməti 3,5 min dollara qədər yüksələ bilirdi.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
BƏƏ otelləri aşağı doluluq səbəbindən qiymətləri kəskin endirir — Fins.az — Fins.az