BƏƏ-də Əl-Füceyra neft limanı fəaliyyətini yenidən dayandırıb

BƏƏ-də Əl-Füceyra neft limanı fəaliyyətini yenidən dayandırıb

DÜNYA
320

Fins.az - Birləşmiş Ərəb Əmirliklərində yerləşən Əl-Füceyra neft limanı hücuma məruz qaldıqdan sonra fəaliyyətini yenidən müvəqqəti dayandırıb. Bu barədə beynəlxalq mənbələr məlumat yayıb.

Məlumata görə, limanda yükləmə əməliyyatları daha əvvəl qısa müddətə bərpa olunsa da, son hadisədən sonra yenidən dayandırılıb. Bildirilir ki, hücum zamanı pilotsuz uçuş aparatının qalıqları Küveyt bayrağı altında üzən qaz daşıyan gəmiyə də zərər vurub.

Qeyd olunur ki, hazırda maye yüklərin daşınması üzrə terminalda və açıq dənizdə yerləşən yükləmə qurğularında işlər tam dayandırılıb. Hadisə regionda enerji infrastrukturu ilə bağlı təhlükəsizlik risklərinin davam etdiyini göstərir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
BƏƏ-də Əl-Füceyra neft limanı fəaliyyətini yenidən dayandırıb — Fins.az — Fins.az