“BaiQymyz-2026” festivalının ilk günündə 40 minədək ziyarətçi iştirak edib

“BaiQymyz-2026” festivalının ilk günündə 40 minədək ziyarətçi iştirak edib

DÜNYA
131

Fins.az - Qazaxıstanın paytaxtı Astanada keçirilən “BaiQymyz-2026” beynəlxalq qastronomiya festivalının ilk günündə təxminən 40 min nəfər iştirak edib.

“Qazanat” ippodromunda təşkil olunan festivala çoxsaylı xarici turistlər də qatılıblar. Tədbir üçün istehsalçılar 200 min litr qımız1 ton şubat (dəvə südü) təqdim ediblər.

Festival iştirakçıları Qazaxıstan, Qırğızıstan və Rusiyanın Yakutiya bölgəsindən olan 60-dan çox istehsalçının məhsullarını dadmaq, həmçinin milli yeməklərin hazırlanmasına dair ustad dərslərində iştirak etmək və xalq sənətkarlığı sərgiləri ilə tanış olmaq imkanı əldə ediblər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“BaiQymyz-2026” festivalının ilk günündə 40 minədək ziyarətçi iştirak edib — Fins.az — Fins.az