
Azərbaycan üzərindən tranzit olunan Qazaxıstan neftinin həcmi 4 milyon tona çatdırılıb
Fins.az - SOCAR və “KazMunayQaz” (KMG) şirkətləri Azərbaycan üzərindən Qazaxıstan neftinin tranzitini davam etdirərək həcmi 4 milyon tona çatdırıblar. Martın 12-də “Prezident Heydər Əliyev” tankeri ilə Aktau limanından çıxan 427-ci neft partiyası martın 13-də “Azərtrans” Səngəçal terminalına çatıb. Ümumilikdə 3,8 milyon ton “Tengiz” yatağından, 200 min ton isə “Kaşağan” yatağından daşınıb. Neft BTC boru kəməri vasitəsilə Ceyhan limanına göndərilərək dünya bazarlarına çatdırılır.