Azərbaycan Premyer Liqasında XXVIII tura yekun vurulur

Azərbaycan Premyer Liqasında XXVIII tura yekun vurulur

DÜNYA
374

Fins.az - Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XXVIII turuna yekun vurulacaq.

Günün ilk oyununda “Kəpəz” və “İmişli” komandaları üz-üzə gələcək. Görüş Yevlax şəhər stadionunda saat 15:30-da start götürəcək. Hazırda “Kəpəz” 21 xalla 10-cu, “İmişli” isə 26 xalla 9-cu pillədə qərarlaşıb.

Turun son qarşılaşmasında “Sumqayıt” öz meydanında “Qəbələ”ni qəbul edəcək. Matç saat 19:00-da başlayacaq. “Sumqayıt” 32 xalla 7-ci, “Qəbələ” isə 19 xalla 11-ci yerdədir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Turan Tovuz” “Araz-Naxçıvan”ı 3:0, “Karvan-Yevlax” “Şamaxı”nı 1:0, “Sabah” “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edib, “Zirə” isə “Neftçi” ilə 1:1 hesablı heç-heçə edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...