Azərbaycan Premyer Liqasında XXVII turun üç oyunu keçiriləcək

Azərbaycan Premyer Liqasında XXVII turun üç oyunu keçiriləcək

DÜNYA
333

Fins.az - Bu gün Azərbaycan Premyer Liqasının XXVII turu çərçivəsində üç qarşılaşma baş tutacaq.

Turun açılış oyununda “Şamaxı” öz meydanında “Qarabağ”ı qəbul edəcək. Görüş saat 15:30-da başlayacaq.

Günün mərkəzi matçı “Bank Respublika Arena”da keçiriləcək. Lider “Sabah” komandası “Zirə” ilə qarşılaşacaq. Oyun 18:00-da start götürəcək.

Günün son qarşılaşmasında isə “Neftçi” “Araz-Naxçıvan”ı qəbul edəcək. Bu matçın başlanma vaxtı 20:00-dır.

Turnir cədvəlində “Sabah” 65 xalla liderdir. “Qarabağ” 55 xalla ikinci, “Zirə” 43 xalla dördüncü, “Neftçi” 40 xalla beşinci, “Araz-Naxçıvan” 39 xalla altıncı, “Şamaxı” isə 31 xalla səkkizinci pillədə qərarlaşıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan Premyer Liqasında XXVII turun üç oyunu keçiriləcək — Fins.az — Fins.az