
Azərbaycan millisi Dünya Kubokunda növbəti qələbəsini qazanıb
Fins.az - Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Polşanın paytaxtı Varşavada keçirilən Dünya Kubokunda növbəti oyununu keçirib.
Yığmamız qrup mərhələsinin üçüncü matçında Çexiya seçməsi ilə üz-üzə gəlib.
Gərgin keçən qarşılaşma Azərbaycan komandasının 14:11 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbə ilə millimiz turnirdə uğurlu çıxışını davam etdirib.
Qeyd edək ki, Azərbaycan yığması qrup mərhələsində son oyununu bu gün Bakı vaxtı ilə saat 20:55-də ev sahibi Polşa millisinə qarşı keçirəcək.