Azərbaycan cüdoçusu Zelim Kotsoyev bürünc medal uğrunda mübarizədən kənarlaşdırılıb

Azərbaycan cüdoçusu Zelim Kotsoyev bürünc medal uğrunda mübarizədən kənarlaşdırılıb

DÜNYA
408

Fins.az - Azərbaycan cüdoçusu Zelim Kotsoyev Gürcüstanın Tbilisi şəhərində keçirilən böyüklər arasında Avropa çempionatında bürünc medal uğrunda görüşə çıxmayacaq.

100 kiloqram çəki dərəcəsində çıxış edən Olimpiya çempionu yarımfinalda niderlandlı Simeon Katarina ilə qarşılaşma zamanı qadağan olunmuş fənd tətbiq etdiyinə görə birbaşa hansoku-make cəzası alıb və yarışdan kənarlaşdırılıb.

Turnirdə bu gün mübarizəyə qoşulan Madina Xaisinova (+78 kq) və Kənan Nəsibov (+100 kq) medal qazana bilməyiblər.

Qeyd edək ki, daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş medal, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) isə bürünc medal əldə ediblər. Turnirə bu gün yekun vurulacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan cüdoçusu Zelim Kotsoyev bürünc medal uğrunda mübarizədən kənarlaşdırılıb — Fins.az — Fins.az