Avtomobil brendlərinin dəyəri ikinci ildir azalır

Avtomobil brendlərinin dəyəri ikinci ildir azalır

DÜNYA
305

Fins.az - Brand Finance araşdırmasına görə, dünya üzrə aparıcı avtomobil istehsalçılarının brend dəyəri artıq ikinci ildir ardıcıl olaraq azalır. 2026-cı ildə bu göstərici 7% azalaraq 575,4 milyard dollara düşüb.

Reytinqdə liderliyini Toyota qoruyub. Şirkətin brend dəyəri 3% azalaraq 62,7 milyard dollar təşkil etsə də, o, yenə də birinci yerdə qərarlaşıb.

İkinci pillədə Mercedes-Benz yer alır. Onun brend dəyəri 12% azalaraq 46,6 milyard dollara enib.

Bununla yanaşı, BMW 3% artımla üçüncü pilləyə yüksəlib (43,8 milyard dollar), Volkswagen isə 14% artımla dördüncü yerə qalxıb (35,8 milyard dollar).

Ekspertlər qeyd edirlər ki, ümumi azalma avtomobil sənayesində dəyişən bazar şəraiti və elektrik nəqliyyatına keçid dövrü ilə əlaqədardır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Avtomobil brendlərinin dəyəri ikinci ildir azalır — Fins.az — Fins.az