Avstraliyada işsizlik səviyyəsi geriləyib

Avstraliyada işsizlik səviyyəsi geriləyib

DÜNYA
1,402

Avstraliya Statistika Bürosunun verdiyi açıqlamaya görə, fevral ayında ölkədə 64 min 600 iş yeri açılıb. Bazarlarda gözlənti, məşğulluqda 48.500 artım olacağı idi.

Məşğulluq tam ştatlı işçilər üçün 74,9 min nəfər artdığı halda, yarımştat işçilər üçün 10,300 nəfər azalıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, işsizlik nisbəti  3,7%-dən 3,5%-ə düşüb.

Avstraliya Mərkəzi bankı, aprelin 4-də keçiriləcək növbəti iclasında dərəcələri yenidən artırıb artırmaması ilə bağlı işçi qüvvəsi məlumatlarını yaxından izləyəcək. 

Zəminə Hüseyn
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Avstraliyada işsizlik səviyyəsi geriləyib — Fins.az — Fins.az