Avrozonadan mənfi siqnallar

Avrozonadan mənfi siqnallar

DÜNYA
1,138

Avrozonada özəl sektorun sentyabrda daralması, iqtisadiyyatın bu rübdə zəiflədiyini göstərir.

Fins.az Bloomberg-ə istinadən xəbər verir.

S&P Global tərəfindən hazırlanan satınalma menecerləri indeksi sentyabrda 47,1 olub, bu da daralmanın 4-cü aydır ki,davam etdiyini göstərir.

Bu dəyər avqust ayı ilə müqayisədə cüzi yaxşılaşma göstərsə də, 50 səviyyəsindən aşağıdda qalıb. İqtisadçılar indeksin 46,5-ə düşəcəyini proqnozlaşdırırdılar.

Hamburq Ticarət Bankının Baş İqtisadçısı Cyrus de la Rubia, "Avrozonanın üçüncü rübdə daralmaya girəcəyini gözləyirik. PMI indekslərini ehtiva edən proqnozumuz, ikinci rüblə müqayisədə 0,4% azalmaya işarə edir"-dedi.

Rusiyanın Ukraynaya müdaxiləsindən sonra tənəzzüldən xilas olmasına baxmayaraq, Avrozona yüksək enerji qiymətləri, artan borclanma xərcləri və Çinin ixrac bazarında tələbin azalması ilə mübarizə aparır.

Günel Məlikzadə 
Fins.az

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Avrozonadan mənfi siqnallar — Fins.az — Fins.az