Avrozonada inşaat istehsalı artıb

Avrozonada inşaat istehsalı artıb

DÜNYA
1,185

Avropa Statistika İdarəsi (Eurostat) iyul ayı üçün Avropa İttifaqı (Aİ) və Avro Bölgəsi üzrə mövsümi düzəliş edilmiş tikinti istehsalı məlumatlarını dərc edib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Avrozonada tikinti istehsalı iyulda iyun ayına görə 0,8% artıb. 2022-ci ilin iyul ayı ilə müqayisədə isə tikinti istehsalı 1 faiz artıb.

Aİ-də tikinti istehsalı iyulda əvvəlki ayla müqayisədə 0,7 faiz, 2022-ci ilin eyni dövrü ilə müqayisədə isə 0,9 faiz artıb.

AB ölkələri arasında iyul ayında əvvəlki aya nisbətən tikinti istehsalında ən yüksək artım  8,4% ilə Macarıstanda,  2,9% ilə Belçikada və 2,6% ilə Almaniyada qeydə alınıb. Ən çox azalma 6,5 ​​faizlə Sloveniyada, 3,7 faizlə Çexiyada və 1,6 faizlə Finlandiyada qeydə alınıb.

Günel Məlikzadə 
Fins.az

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Avrozonada inşaat istehsalı artıb — Fins.az — Fins.az