Avrozona iqtisadiyyatı son rübdə sabit qalıb

Avrozona iqtisadiyyatı son rübdə sabit qalıb

DÜNYA
318

Avropa Statistika İdarəsi (Eurostat) 2023-cü ilin son rübü üçün Avropa İttifaqının (Aİ) və Avro Bölgəsinin ÜDM-i ilə bağlı aparıcı məlumatları yeniləyib.

Fins.az xəbər verir ki, 20 üzvlü Avrozonada mövsümi təsirlərdən təmizlənmiş ÜDM 2023-cü ilin dördüncü rübündə əvvəlki rüblə müqayisədə dəyişməz qalıb.

Avrozonada ÜDM ilin son rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,1% artıb.

Beləliklə, açıqlanan son məlumatlar yanvar ayının ilkin məlumatları ilə eyni səviyyədə qaldı.

Aİ-də mövsümi təsirlərdən təmizlənmiş ÜDM ötən ilin dördüncü rübündə rüblük bazda 0,1 faiz, illik bazda isə 0,3 faiz artıb.

Günel Məlikzadə
Fins.az

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Avrozona iqtisadiyyatı son rübdə sabit qalıb — Fins.az — Fins.az