Avrozona iqtisadiyyatı böyüyüb

Avrozona iqtisadiyyatı böyüyüb

DÜNYA
897

Əvvəlki rübdə böyüməyən Avrozona iqtisadiyyatı ikinci rübdə böyüməyə qayıtdı.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Avrozona iqtisadiyyatı ilin ikinci rübündə əvvəlki rüblə müqayisədə 0,3 % artıb. Gözlənti 0,2 % idi.

Birinci rübün məlumatları mənfi 0,1 %-dən 0 %-ə qədər yenidən nəzərdən keçirilib.

İstehlak qiymətləri indeksi (TÜFE) iyul ayında illik bazda 5,5 %-dən 5,3%-ə geriləyib. Gözlənti 5,4 % idi. 

Əsas inflyasiya aylıq 0,1 % azalsa da, illik bazda 5,5 % səviyyəsində dəyişməz qalıb.

Zəminə Hüseyn
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Avrozona iqtisadiyyatı böyüyüb — Fins.az — Fins.az