
Avropanın “lyuks” brendlərinin koronavirusa görə zərəri 22 milyard dollardan çox olub
2020-ci ilin 6 ayı ərzində Avropanın “lyuks” sinif mallarının istehsalçılarının satışları pandemiya fonunda $22,14 milyard azalıb. Bu barədə 14 şirkətin məlumatına istinadən Dow Jones yazır.
Eyni zamanda, agentlik qeyd edir ki, yayda vəziyyətin yaxşılaşmasına baxmayaraq, bu il sektor çətin ki, böhrandan öncəki səviyyəyə qayıda bilsin.
Xüsusilə, birinci yarımillikdə Fransanın LVMH Moet Hennessy Louis Vuitton SE şirkətinin gəliri ötən ilin analoji dövrü ilə müqayisədə $7,79 milyard azalıb.
Yanvar-iyun ayları ərzində Gucci, Saint Laurent, Balenciaga və Bottega Veneta brendlərinin sahibi Kering SA şirkətinin gəlirir 2019-cu ilin birinci yarısı ilə müqayisədə $2,65 milyard açağı olub.
Bu dövr ərzində Buccellati və Cartier brendlərinin sahibi İsveçrənin Compagnie Financiere Richemont SA şirkəti $2,62 milyard itirib.
Öz növbəsində, yarım il ərzində Ray-Ban EssilorLuxottica eynək istehsalçısının satışları $3 milyard azalıb
(c)İnterfaks Azərbaycan